http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ağdam Musiqi Kollecinin direktoru rüşvət alarkən saxlanılıb

12 Yanvar 2023 , 14:16
Ağdam Musiqi Kollecinin direktoru rüşvət alarkən saxlanılıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlardan rüşvət alan Ağdam Musiqi Kollecinin direktoru Rafail Musayevin qanunsuz əməlləri ifşa edilmişdir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Kollec direktorunun 2019-2023-cü illərdə müəllimlərə dərs saatlarının ayrılması, işə qəbul, tələbələrə imtahanlarda qiymətlərin yazılması və digər qanunsuz məqsədlərlə külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir.

Bununla bağlı, Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, toplanmış ilkin sübutlar əsasında ona həmin Məcəllənin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilmiş, barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub

Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub

XƏBƏR LENTİ
  • 09:45

    Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
  • 09:06

    Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
  • 08:00

    Lerikdə zəlzələ olub
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
Menyu