http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Bakıda narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb

12 Yanvar 2023 , 15:56
Bakıda narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb

Nərimanov rayonunda narkotik vasitə istifadəçilərinin mütəmadi olaraq toplaşaraq bu zərərli vərdişlə məşğul olduqları məkan aşkar edilib.

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı Rəsul Məhərrəmli, Elçin Yusifli və Məsmə Məmmədova saxlanılıblar. Həmin şəxslərin hər birindən şəxsi istifadələri üçün əldə etdikləri heroin və metamfetamin aşkar olunub.

Araşdırmalar zamanı adları çəkilən 3 nəfərin narkokuryerliyə cəlb edildikləri və bunun müqabilində onlara ödənişsiz narkotik vasitələr verildiyi müəyyən edilib. İdarə əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı onlara narkotik vasitələr təklif edən – Ülvi Tağıyev da tutularaq istintaqa cəlb olunub. Ondan satmaq məqsədi ilə əldə etdiyi 3 kiloqrama yaxın heroin və metamfetanmin aşkar olunub. Ülvi Tağıyev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu “Adəm” adlı xarici ölkə vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib. 

Qeyd edək ki, Ülvi Tağıyev narkotik vasitələrin satışını həyata keçirən zaman məsuliyyətdən yayınmaq  üçün mütəmadi olaraq yaşayış yerini dəyişib və əsasən paytaxt ərazisində yerləşən hotellərdə gecələyib.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan Cəfər Yusifzadə də saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul edərək paytaxt ərazisində taksi sürücüsü kimi çalışdığı müəyyən edilib.  

Faktlarla bağlı əməliyyatlar-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub

Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub

Lerikdə zəlzələ olub

Lerikdə zəlzələ olub

XƏBƏR LENTİ
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
  • 09:06

    Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
  • 08:00

    Lerikdə zəlzələ olub
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
Menyu