http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Cəlilabadda mikroavtobusu qaz balonu ilə qızdıran sürücü saxlanılıb

12 Yanvar 2023 , 16:35
Cəlilabadda mikroavtobusu qaz balonu ilə qızdıran sürücü saxlanılıb

Bu gün onlayn mediada mikroavtobus sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsində məişətdə istifadə olunan qaz balonu daşıyaraq onu salonu isitmək məqsədilə işlək vəziyyətə gətirməsini əks etdirən video görüntü yayımlanmışdır.

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, DYP tərəfindən sözügedən videomaterial üzrə dərhal müvafiq tədbirlər həyata keçirilmiş və Cəlilabad şəhərində müntəzəm marşurut xətti üzrə sərnişin daşma fəaliyyəti göstərən “Mercedes” markalı, 10-OG-584 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Yaşar Bağırov saxlanılmışdır. Nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan duracağına yerləşdirilmiş, sürücü Y.Bağırov barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün araşdırma başlanılmışdır.

Baş DYP İdarəsi belə halların yolverilməz olduğunu xatırlatmaqla yanaşı, bir daha sərnişin daşma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara sərnişinlərin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı, fəaliyyətlərini qanunla nəzərdə tutulmuş tələblər səviyyəsində həyata keçirməyi tövsiyə edir.

OXŞAR XƏBƏRLƏR
Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub

Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub

Lerikdə zəlzələ olub

Lerikdə zəlzələ olub

XƏBƏR LENTİ
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
  • 09:06

    Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
  • 08:00

    Lerikdə zəlzələ olub
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
Menyu