http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Ağdaşda narkotik dövriyyəsi və oğurluqla məşğul olan şəxslər tutulub

13 Yanvar 2023 , 09:00
Ağdaşda narkotik dövriyyəsi və oğurluqla məşğul olan şəxslər tutulub

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq cinayətləri törədən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər tutulub.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, rayon ərazisində yerləşən 3 evdən məişət və qızıl-zinət əşyaları, eləcə də mobil telefonun oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.  

Aparılan araşdırmalar zamanı cinayət hadisələrinin eyni şəxs tərəfindən törədildiyi müəyyən olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən keçmiş məhkum Mənsur Məhərrəmov tutularaq istintaqa təhvil verilib.

Onun ayrı-ayrı şəxslərə satdığı əşyaların bir neçəsi maddi sübut kimi götürülüb.

Keçirilən digər əməliyyat nəticəsində isə avtomobil təmiri məntəqəsindən nəqliyyat vasitəsinin ehtiyat hissələrini oğurlayan rayon sakini Firqət Quliyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını metal qəbulu məntəqəsinə satdığını bildirib.

Şöbə əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyatlar nəticəsində isə daha 7 nəfər rayon sakini – Fariz Cümşüdov, Mübariz Əzizov, Elşad Yusifov, Vasif Qasımov, Yalçın Məmmədov, Rəsul Rəhimov və Elşən Şirinov saxlanılıb. Saxlanılan şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkarlanaraq götürülüb.

Qeyd edək ki, saxlanılan şəxslərin əksəriyyəti əvvəllər də analoji, eləcə də digər cinayət əməllərinə görə məhkum olunmuşlardır.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Qobustan qəsəbəsində yanğın baş verib

Qobustan qəsəbəsində yanğın baş verib

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Ölkəyə payız fəsli daxil olub

Ölkəyə payız fəsli daxil olub

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu