Menyu

Polis yanvarın 12-də 28 kiloqramdan artıq narkotik vasitəni aşkar edərək götürüb

Nərmin Qocamanlı
Polis yanvarın 12-də  28 kiloqramdan artıq narkotik vasitəni aşkar edərək götürüb

Polis əməkdaşlarının yanvarın 12-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28 killoqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 11 kiloqram 825 qramı heroin, 15 kiloqram 790 qramı marixuana, 43 qramı tiryək, 511 qramdan artıq istə metamfetam olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər