Uşağın anadan olmasına görə sosial müavinətin məbləği artırıldı
Nərmin Qocamanlı
Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə uşağın anadan olmasına görə verilən müavinətin məbləği artırılıb.
"Operativ Media" xəbər verir ki, uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat müəyyən edilib.