http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Binədə narkotik satışı ilə məşğul olan dəstənin üzvləri saxlanılıblar

13 Yanvar 2023 , 11:25
Binədə narkotik satışı ilə məşğul olan dəstənin üzvləri saxlanılıblar

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb. Əməliyyatlar zamanı Aygün Rzayeva, Nəsimi Yunisli, Vidadi Nəzərzadə, Vüsal Ələkbərov və Elvin Şərifov tutulublar.

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, Aygün Rzayeva Binə qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirmək üçün şəbəkə yaradaraq Nəsimi Yunisli və digərlərini bu işə cəlb edib. O, narkotik vasitələri isə sosial şəbəkələr vasitəsi ilə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib. Aygün Rzayeva  və onun şəbəkəsinə daxil olan şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələri  Aygün Rzayeva  və Nəsimi Yunislidən aldıqlarını etiraf ediblər.

Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinə göndərilib. Narkotik vasitələrin Xəzər rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şəmkirdə qanunsuz tikili sökülüb

Şəmkirdə qanunsuz tikili sökülüb

Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

XƏBƏR LENTİ
  • 11:08

    Şəmkirdə qanunsuz tikili sökülüb
  • 10:41

    Son sutkada Qəzzada 44 nəfər həlak olub
  • 10:36

    Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:45

    Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
Menyu