Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin saytı “GOV.AZ” zonasına köçürüldü
Nərmin Qocamanlı
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin saytı “GOV.AZ” zonasına köçürülüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin elektron informasiya resursu yeni "nnk.gov.az" domen adı ilə AzStateNet şəbəkəsinə köçürülüb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net