Menyu

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr - SİYAHI

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr - SİYAHI

Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir. Azərbaycan vətəndaşları bir sıra ölkələrə vizasız səfər edə bilir.

"Operativ Media" həmin ölkələri təqdim edir:

Aşağıda qeyd edilən ölkələrdə vətəndaşlıq passportu ilə getmək və qeyd olunan müddət qədər orda yaşamaq mümkündür.

Belarus – 90 gün

Gürcüstan – 90 gün

Qazaxıstan – 90 gün

Qırğızıstan – 90 gün

Moldova – 90 gün

Özbəkistan – 90 gün

Rusiya – 90 gün

Tacikistan – 90 gün

Ukrayna – 90 gün

Türkiyə – 90 gün

Qətər – 90 gün

Birləşmiş Ərəb Əmirlikləri – 90 gün

Serbiya – 90 gün

Albaniya – 90 gün

Mərakeş – 90 gün

Yuxarıda qeyd olunan ölkələrə hər hansı növ etibarlı pasporta - o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar. Həmçinin bu şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar:

Vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq etməklə beynəlxalq sərhədkeçmə hüququ verən müvafiq sənədə malik vətəndaşlığı olmayan şəxslər:

“Qayıdış şəhadətnaməsi”nə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün vizasız  səfər edə bilər.

Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir. Bu ölkələrdə Azərbaycan vətəndaşlarına sərhəddə viza verilir.

İran – 15 gün

Monteneqro – 90 gün

Bosniya və Herseqovina - 90 gün

Honq-Konq (Çinin Xüsusi inzibati ərazisi

yalnız diplomatik və xidməti pasport)  14 gün

Malayziya (ümumvətəndaş, diplomatik, xidməti pasport) – 30 gün

Livan (ümumvətəndaş, diplomatik, xidməti) – 30, 180,90

Aşağıda qeyd olunan ölkələrin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir:

Çin Xalq Respublikası - 2024-cü ilin 20 iyul tarixindən 2025-ci ilin 20 iyul tarixinədək 3 dəfə və hər girişdə 30 günədək vizasız gediş-gəliş rejimi tətbiq edilir.

Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşlar bu ölkələrə vizasız gedə bilər 

Siyahı ilə buradan tanış ola bilərsiniz.

Qeyd: Xəbər hazırlanarkən Azərbaycan XİN-nin rəsmi məlumatlarından istifadə edilmişdir.

Teqlər:

"Az\u0259rbaycan v\u0259t\u0259nda\u015flar\u0131n\u0131n vizas\u0131z ged\u0259 bil\u0259c\u0259yi \u00f6lk\u0259l\u0259r - S\u0130YAHI"

Əlaqəli Xəbərlər