27 Noyabr 2024, 11:01
Azərbaycan PL: 14 turda ən çox vərəqə alan komandalar - ARAŞDIRMA
Azərbaycan Premyer Liqasında 14 tur geridə qalıb.
Azərbaycan PL: 14 turda ən çox vərəqə alan komandalar - ARAŞDIRMA şəkil
Azərbaycan PL: 14 turda ən çox vərəqə alan komandalar - ARAŞDIRMA

"Operativ Media"nın araşdırmasına görə, 14 tur ərzində hakimlər 295 dəfə vərəqədən istifadə ediblər. Bunların yalnız birində baş məşqçi qırmızı vərəqə ilə cəzalanıb. 4-cü tur çərçivəsində keçirilən "Araz-Naxçıvan" 1-1 "Neftçi" matçında Elmar Baxşıyev tribunaya göndərilib.

Ən çox vərəqə alan komandaların sırasına "Araz-Naxçıvan" və "Şamaxı" başçılıq edir. Bu komandalar hərəyə 36 vərəqə görüblər. Qeyd edək ki, "Şamaxı" və "Qarabağ" bir oyun az keçiriblər.

Üçüncü sırada isə 35 vərəqə ilə "Sumqayıt" qərarlaşıb.

Ən çox kobudluq edən dördüncü komanda "Kəpəz"dir. Hakimlər Gəncə təmsilçisini 34 dəfə cəzalandırıblar.

"Turan Tovuz" 32 vərəqə ilə beşinci, "Səbail" isə 31 vərəqə ilə altıncıdır.

"Sabah" isə 14 tur ərzində 27 vərəqə görüb. "Neftçi" 25 vərəqə ilə 8-cidir.

Ən az vərəqə görən komandalar isə "Zirə" və "Qarabağ"dır. Qəsəbə təmsilçisi 20, "atlılar" isə 19 dəfə cəzalandırılıb.

 

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb