Ana səhifə / Dünya / ABŞ-də sunami xəbərdarlığı edilib - YENİLƏNİB ABŞ-də sunami xəbərdarlığı edilib - YENİLƏNİB 05.12.2024, 23:49 Əsəd Abbaslı "Operativ Media" xəbər verir ki, bu barədə Milli Okean və Atmosfer Tədqiqatı İdarəsi məlumat yayıb. NOAA Sunami Xəbərdarlığı Mərkəzinin məlumatına görə, xəbərdarlıq Kaliforniya və Oreqon ştatlarının sahil zolağının bəzi hissələri üçün qüvvədədir. 23:10 ABŞ-ın Kaliforniya ştatında 7 bal gücündə zəlzələ qeydə alınıb. "Operativ Media" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri 12 min nəfərin yaşadığı Fortuna şəhərindən 56 km cənub-qərbdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib. Teqlər: "AB\u015e-d\u0259 sunami x\u0259b\u0259rdarl\u0131\u011f\u0131 edilib - YEN\u0130L\u018fN\u0130B"