Əli Əsədov: Sağlamlıqla bağlı hamımızı narahat edən bəzi məsələlərin Tibbi Xidmətlər Zərfinə daxil edilməsi gündəlikdədir
Nərmin Qocamanlı
"Operativ Media" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.
Baş nazir qeyd edib ki, səhiyyə sahəsində aparılan davamlı islahatların nəticəsində cari ildə Tibbi Xidmətlər Zərfi çərçivəsində göstərilmiş xidmətlərin sayında 21% artım olub:
“Maliyyə təminatı nəzərə alınaraq xidmətlər zərfinin genişləndirilməsi daim Hökumətin diqqətindədir. Sağlamlıqla bağlı hamımızı narahat edən və deputatlar tərəfindən qaldırılan bəzi məsələlərin zərfə daxil edilməsi hazırda Hökumətin gündəliyindədir”.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma