Menyu

Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq

Nərmin Qocamanlı
Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq

"Operativ Media" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən yeni - 29-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Alkoqollu pərakəndə satışına dair içkilərin minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunacaq. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Teqlər:

"Alkoqollu i\u00e7kil\u0259rin p\u0259rak\u0259nd\u0259 sat\u0131\u015f\u0131n\u0131n minimum qiym\u0259ti m\u00fc\u0259yy\u0259n olunacaq"

Əlaqəli Xəbərlər