Menyu

Sosial sahədəki elektron xidmətlərə 34 milyondan çox müraciət edilib

Əsəd Abbaslı
Sosial sahədəki elektron xidmətlərə 34 milyondan çox müraciət edilib
1 dəq oxu

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"a verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 6,2 milyon dəfə istifadə olunub. 233 min təyinat e-infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Son illərdə sosial sahədə geniş elektronlaşma proqramı icra olunub. Hazırda nazirliyin 160 xidmətindən 145-dən çoxu elektron qaydada təqdim edilir.

Həmçinin 50-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik e-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi yaradılıb.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin 11 ayında nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 623 milyon olub.

Əlaqəli Xəbərlər