Menyu

Sumqayıtda binada yanğın baş verib, sakinlər təxliyə edilib - YENİLƏNİB

Əsəd Abbaslı
Sumqayıtda binada yanğın baş verib, sakinlər təxliyə edilib - YENİLƏNİB

"Operativ Media" xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının üçmərtəbəli yaşayış binasının zirzəmisində baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zirzəmidə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m. olan ikiotaqlı mənzilin mətbəxinin yanar kostruksiyaları 15 kv.m. sahədə və yataq otağında 1 ədəd çarpayı və 1 ədəd televizor yanıb.

Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində iki nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

20:18

Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib.

"Operativ Media" xəbər verir ki, hadisə şəhərin 4-cü məhəlləsində yerləşən 12/21 saylı yaşayış binasının zirzəmisində qeydə alınıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Zirzəmidə yaşayan bir ailənin 3 üzvü və qonşular binadan təxliyə edilib.

Hadisəyə cərəyən xəttinə taxılan şarj aparatının partlamasının səbəb olduğu buldirilir.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər