Menyu

Dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb  - FAKTİKİ HAVA

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Şəkidə 28 m/s, Laçında 24 m/s, Oğuzda 23 m/s, Tərtərdə 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 19 m/s, Kəlbəcərdə 21 m/s, Zəngilan, Bərdədə 20 m/s, Mingəçevir, Naftalan, Daşkəsəndə 18 m/s, Ağdam, Şəmkir, Göygol, Gədəbəydə 16 m/s-dək güclənib.

Neft Daşları Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Teqlər:

"Da\u011fl\u0131q rayonlarda 10 d\u0259r\u0259c\u0259y\u0259d\u0259k \u015faxta qeyd\u0259 al\u0131n\u0131b - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər