Menyu

Neft daşlarında dalğanın hündürlüyü 2.6 metrə çatıb - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Neft daşlarında dalğanın hündürlüyü 2.6 metrə çatıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, dekabrın 17-si saat 12:30-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləkli hava şəraiti müşahidə olunur.

Narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Göyçayda 28 m/s, Şahdağda 27 m/s, Qəbələ, Oğuz, Naftalanda 24 m/s, Şəkidə 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 19 m/s, Bərdə, Gəncədə 18 m/s, Goranboyda 15m/s, Ağdam, İsmayıllı, Zərdab, Şamaxıda 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Teqlər:

"Neft da\u015flar\u0131nda dal\u011fan\u0131n h\u00fcnd\u00fcrl\u00fcy\u00fc 2.6 metr\u0259 \u00e7at\u0131b - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər