Əlilliyi olan şəxslər 87,7 min reabilitasiya vasitəsi ilə təmin edilib
Nərmin Qocamanlı
Bu barədə "Operativ Media"ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 5,8 mini təkərli oturacaq (o cümlədən 238-i mühərrikli təkərli oturacaq), 1,8 mini aşağı və yuxarı ətraf protezi, habelə 2,1 mini eşitmə aparatı, 2,6 mini qoltuqaltı və dirsəkaltı ağac, 159-u korset olub.
Həmin şəxslərə 3,1 min cüt protez ayaqqabı və 5,9 min ortopedik ayaqqabı və s. reabilitasiya vasitələri təqdim olunub.
Bu ilin 11 ayı ərzində ümumilikdə 11,2 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.
Teqlər:
"\u018flilliyi olan \u015f\u0259xsl\u0259r 87 7 min reabilitasiya vasit\u0259si il\u0259 t\u0259min edilib"