17 Dekabr 2024, 18:04
“İtalyan dili” kursunun buraxılış mərasimi keçirilib
Dekabrın 17-də Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində “İtalyan dili” kursunun növbəti buraxılış mərasimi keçirilib.
“İtalyan dili” kursunun buraxılış mərasimi keçirilib şəkil
“İtalyan dili” kursunun buraxılış mərasimi keçirilib

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov çıxış edərək Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

Keçirilən kursun əhəmiyyətindən danışan general-mayor A.Həsənov kursu müvəffəqiyyətlə başa vuran hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra İtaliya Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi 1-ci dərəcəli kapitan Cianfranko Vizzini kursun təşkilində və tədbirin ərsəyə gəlməsində əməyi olan MMU-nun professor-müəllim və zabit heyətinə minnətdarlığını bildirib.

Qeyd olunub ki, bu dilin öyrənilməsi ilə hərbi qulluqçularımız İtaliya Respublikasında müxtəlif ixtisaslar üzrə keçiriləcək kurslarda iştirak edərək öz bilik və bacarıqlarını daha da artıracaqlar.

Ölkəmizdə səfərdə olan İtaliya Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi buraxılış mərasiminin sonunda kurs iştirakçılarına sertifikatlar təqdim edilib.

Son xəbərlər
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb
Baydenin Trampa yazdığı məktubun məzmunu açıqlanıb
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək
Elvin Camalov: "İnanıram ki, "Neftçi" daha da yuxarılarda olacaq"
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək
Hakan Fidan ABŞ dövlət katibi ilə telefon danışığı aparıb
Rövşən Nəcəf OMV şirkətinin baş direktoru ilə görüşüb