Samir Dübəndi: "Bölgələrdəki hotellərdə hazırda boş yer tapmaq çətindir"
İstirahət günlərinin çoxluğu ilə əlaqədar hotellərə olan tələbat da artıb.
Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi "Operativ Media"ya bildirib ki, qeyri-iş günlərində turizm təklifkərinin realizəsi və qiymətləri bir qədər artır:
"Hazırda Bakı və regionlar üzrə yeni il bayramı günlərinə təxminən 60-70 faiz bronlaşdırma müşahidə olunur.
Bölgələrdəki 5 ulduzlu hotellərdə hazırda boş yer tapmaq çətindir, yəni bronlaşdırma yüksəkdir.
Tövsiyyə edə bilərəm ki, səfərləri, istirahəti vətəndaşlar öncədən planlasınlar. Bu halda daha çox seçimlər və alternativ qiymətlər əldə etmək mümkün olur.
Bayram günlərində hotellərdə yüksək doluluq və göstərilər xidmətlərin qiymətlərinin artması normal qəbul edilməlidir. Aydın məsələdir ki, tələb təklifi üstələdikdə qiymətlər də bir mənalı olaraq artırlar".