Menyu

Sabunçu narkotik övriyyəsi təşkil edən 24 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Sabunçu narkotik övriyyəsi təşkil edən 24 nəfər saxlanılıb

DSabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dekabr ayında həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, onlardan ümumilikdə 13 kiloqram müxtəlif adda narkotik vasitə və psixotrop maddə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər narkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıblar.

Faktlarla bağlı toplanan materiallar istintaqa təqdim edilib, araşdırmalar aparılır.

Polis əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.

Teqlər:

"Sabun\u00e7u narkotik \u00f6vriyy\u0259si t\u0259\u015fkil ed\u0259n 24 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər