Menyu

Lənkəran sakini dəm qazından boğularaq ölüb

Əsəd Abbaslı
Lənkəran sakini dəm qazından boğularaq ölüb

"Operativ Media" xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran rayonunun Səpnəkəran kəndində baş verib.

Kənd sakini 1983-cü il təvəllüdlü X. Səfərovanın hamam otağında halı pisləşib. Dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hamam otağını qızdırmaq üçün kömürdən istifadə edildiyi, kömürdən ayrılan dəm qazının onun ölümünə səbəb olduğu bildirilir.

Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər