Ucarda qəza baş verib, xəsarət alanlar var
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, hadisə gecə saatlarında Ucar-Zərdab avtomobil yolunun rayonun Qazyan kəndindən keçən hissəsində baş verib.
"Toyota" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındaki qaz xəttinin üzərinə aşıb.
Nəticədə Zərdab rayon sakinləri, 1993-cü il təvəllüdlü Ramin Ayaz oğlu Bədirxanlı və 1995- ci il təvəllüdlü İsa Akif oğlu Səhrablı ağır xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Fakt araşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net