Menyu

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

"Operativ Media" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, düşən yağıntının miqdarı Culfa, Balakəndə 5, Naxçıvan, Sədərək, Ağdamda 4, Oğuz, Şəki, Ağstafa, Qəbələ, Tərtər, Şərur, Xaçmaz, Ceyrançöl, Zəngilan, Füzuli, Quba, Ordubad, Daşkəsən, Naftalan, Şəmkir, Tovuz, İsmayıllı, Şamaxı, Gəncə, Qobustan, Xaltan, Mingəçevir, Yevlax, Göyçay, İmişli, Neftçala, Kürdəmir, Sabirabad, Biləsuvar, Lerik, Astara, Goranboyda 3 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm- dir.

Dağlıq ərazilərə qar yağır, yağan qarın hündürlüyü Şahdağda 15, Kəlbəcərdə 5, Qax, Qusarda 2, Gədəbəy, Laçın, Xankəndi, Şuşa, Xocalı, Xınalıq, Zaqatala, Şahbuzda 1 sm-dir.

Yardımlı, Hacıqabul, Yevlax, Göyçay, Lerik, Naxçıvan, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Sumqayıtda duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin qərb rayonlarında dekabrın 29-u gündüzədək, şərq rayonlarında isə 31-i səhərədək davam edəcəyi gözlənilir.

Teqlər:

"\u00d6lk\u0259 \u0259razisind\u0259 ya\u011f\u0131nt\u0131l\u0131 hava \u015f\u0259raiti m\u00fc\u015fahid\u0259 olunur - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər