Menyu

Biləsuvar-Bəhrəmtəpə yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb - YENİLƏNİB

Nərmin Qocamanlı
Biləsuvar-Bəhrəmtəpə yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb - YENİLƏNİB

"Operativ Media" xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti Lənkəran regional qrupundan bildirilib.

Qeyd edilib ki, dekabrın 28-də saat 9 radələrində Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində X.Quluzadənin idarə etdiyi "Opel" markalı avtomobillə E.Kərimlinin idarə etdiyi "Vaz" markalı avtomobil toqquşub.

Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, səkkiz nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Araşdırma davam etdirilir.
 

***

11:22

Biləsuvar rayonunda ağır yol qəzası baş verib. 

"Operativ Media" "Report"a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Bil\u0259suvar-B\u0259hr\u0259mt\u0259p\u0259 yolunda a\u011f\u0131r yol-n\u0259qliyyat hadis\u0259si ba\u015f verib 3 n\u0259f\u0259r \u00f6l\u00fcb - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər