Menyu

"Abzas Media" işində təqsirləndirilənlərin məhkəməsində ittiham aktı elan olunub

Əziz Əzizli
"Abzas Media" işində təqsirləndirilənlərin məhkəməsində ittiham aktı elan olunub

"Operativ Media" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər məhkəmə heyətinə etiraz ediblər.

Məhkəmə vəsatəti təmin etməyib, daha sonra məhkəmə istintaqı açıq elan edilib.

Təqsirləndirilən şəxslər jurnalistlərin məhkəməyə buraxılmasının təmin edilməsini istəyib, vəsatət təmin olunub.

Daha sonra prokuror ittiham aktının nəticəvi hissəsini elan edib, ittiham olunan şəxslər özlərini təqsirli bilməyiblər.

Növbəti proses yanvarın 21-nə təyin edilib.

Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra jurnalist Hafiz Babalıya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.

Teqlər:

"\"Abzas Media\" i\u015find\u0259 t\u0259qsirl\u0259ndiril\u0259nl\u0259rin m\u0259hk\u0259m\u0259sind\u0259 ittiham akt\u0131 elan olunub"

Əlaqəli Xəbərlər