Menyu

Bakıda müalicəsi davam edən aviaqəza yaralılarına yeni şəxsiyyət vəsiqələri veriləcək

Nərmin Qocamanlı
Bakıda müalicəsi davam edən aviaqəza yaralılarına yeni şəxsiyyət vəsiqələri veriləcək

"Operativ Media" xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN Xidmət) məlumat verilib.

Bildirilib ki, səyyar xidmət məqsədilə "ASAN xidmət" və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə operativ səyyar qrup formalaşdırılıb.

Yeni Klinika tibb müəssisəsində müalicə alan yaralılara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Teqlər:

"Bak\u0131da m\u00fcalic\u0259si davam ed\u0259n aviaq\u0259za yaral\u0131lar\u0131na yeni \u015f\u0259xsiyy\u0259t v\u0259siq\u0259l\u0259ri veril\u0259c\u0259k"

Əlaqəli Xəbərlər