Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən hazırda Yevlax, İmişli, Cəfərxan, Sabirabad, Hacıqabul, Biləsuvar rayonlarında dumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır.
Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, müşahidə olunan duman sinoptik şərait ilə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.
Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi nəticəsində inversiya dumanı formalaşır.
"Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 2-si gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir”.
Teqlər:
"Dumanl\u0131 hava \u015f\u0259raiti n\u0259 vaxta q\u0259d\u0259r davam ed\u0259c\u0259k?"