Menyu

Azərbaycan U-15 millisi Litvaya qalib gəlib

Operativ Media
Azərbaycan U-15 millisi Litvaya qalib gəlib
1 dəq oxu

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Maltada təşkil olunan UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirib.

Operativ Media xəbər verir ki, Litva yığması ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Aleksandr Qrossun rəhbərlik etdiyi Azərbaycan komandasının heyətində Zəfər İbrahim fərqlənib. Penaltilər seriyasında 2:1 hesabı ilə üstün olan yığma turniri qələbə ilə başa vurub.

Qeyd edək ki, Azərbaycanın U-15 millisi turnirdəki ilk matçında Latviyaya 0:3, ikinci görüşündə isə Maltaya 0:1 hesabı ilə məğlub olub.

Əlaqəli Xəbərlər