Binəqədidə mağazadan oğurluq edilib
Nərmin Qocamanlı
Binəqədi rayonu ərazisində yerləşən mağazaların birindən 1200 manat, noutbuk və 2 ədəd quruducu aparatın oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Y.Ziyadov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa Xəzər rayonu ərazisində yerləşən evlərin birindən 2000 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən 42 yaşlı S.Eminovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net