Menyu

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb
1 dəq oxu

Fevralın 1-də və 2-də ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 28 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər