Ötən ay 167 kiloqram narkоtik vasitə dövriyyədən çıxarılıb
Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 167 kiloqram 336 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 16 867 ədəd həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.
Məlumata görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 3 milyon 242 min 178 manat оlan qaçaqmal, о cümlədən 1 ədəd səs tapançası, spirtli içkilər vətütün məmulatları aşkar olunaraq götürülüb.
Teqlər:
"\u00d6t\u0259n ay 167 kiloqram nark\u043etik vasit\u0259 d\u00f6vriyy\u0259d\u0259n \u00e7\u0131xar\u0131l\u0131b"