04 Fevral 2025, 12:01
Baş DYP İdarəsi piyadalara xəbərdarlıq edib
DYP piyadaları məsuliyyətli olmağa çağırıb.
Baş DYP İdarəsi piyadalara xəbərdarlıq edib şəkil
Baş DYP İdarəsi piyadalara xəbərdarlıq edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi piyadalara xəbərdarlıq edib.

Operativ Media xəbər verir ki, xəbərdarlıqda deyilir:

"Yollarda piyadaların məsuliyyətsiz davranışı həm onların öz təhlükəsizliyi, həm də digər yol istifadəçiləri üçün böyük risk yaradır. 

Piyadaların məsuliyyətsizliyi aşağıdakı hallarda özünü daha çox göstərir:

1. Piyadaların qırmızı işıqda və ya sürücülər üçün yaşıl işıq yandığı zaman keçidlərdən keçmək.

 2. Yolu qaçaraq, telefonla məşğul olaraq və ya ətrafa diqqət yetirmədən keçmək. Xüsusilə uşaqlar və yaşlılar arasında bu cür hallar tez-tez müşahidə olunur.

3.Piyadaların təyin olunmuş keçidlərdən kənarda, eyni zamanda xüsusi təhlükəli hesab olunan yüksək sürətli və ya çox zolaqlı avtomobil yollarından keçmək.

4. Alkoqolun təsiri altında yola çıxmaq.

5. Gecə vaxtı tünd rəngli paltarlar geyinərək işıqlandırılmamış yollarda hərəkət etmək. Bu hal piyadaların görünməz olmasına səbəb olur. 


Əziz piyadalar !

Həyat və təhükəsizliyinizi qorumaq üçün aşağıdakı qaydalara mütləq riayət edin!

1. Yolu yalnız təyin olunmuş yerlərdən keçin.

2. Qırmızı işıqda dayanın və yaşıl işıqda keçin. Yolu keçərkən telefonla məşğul olmayın və ətrafa diqqət yetirin.

3. Gecə vaxtı işıq əks etdirən geyimlərə üstünlük verin.

Unutmayın ki, yol hərəkəti təhlükəsizliyi hər kəsin məsuliyyətidir. Piyadalar və sürücülər qarşılıqlı hörmət və diqqətlə davransalar, qəzaların qarşısını almaq mümkündür".

Son xəbərlər
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb
İrandan Rusiyaya "təzə qarpız" adı ilə aparılan yük narkotik çıxıb
"Şamaxı" azərbaycanlı futbolçunu komandada saxladı
AZAL-ın daha bir neçə reysi ləğv edilib - SİYAHI
Vüqar Kərəmov yaponiyalı döyüşçünü məğlub etdi
İran daha bir İsrailə məxsus F-35 döyüş təyyarəsini vurub