Bakıda əlavə gəlir qazanmaq adı ilə vətəndaşa qarşı 21 min manatlıq dələduzluq edilib
Nərmin Qocamanlı
Nizami rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə polisə məlumat daxil olub.
DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin əlavə gəlir qazanmaq adı ilə aldadılıb 21 min manatdan artıq pul vəsaitinin ələ keçirilməsi məlum olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı A.Dilicani və 30 yaşlı T.Əliyev müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma