Menyu

Bakıda 11 elektromobildən oğurluq edilib

Nərmin Qocamanlı
Bakıda 11 elektromobildən oğurluq edilib

Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində “Volkswagen” markalı elektromobildən 1500 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı Mahir Məmmədov saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin paytaxtın digər ərazilərində də əsasən elektromobillərdən oğurluq etdiyi müəyyən olunub. Onun bu yolla 11 nəqliyyat vasitəsini taladığı məlum olub. 

Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Bak\u0131da 11 elektromobild\u0259n o\u011furluq edilib"

Əlaqəli Xəbərlər