07 Fevral 2025, 16:28
Bakıda iki böyük park istifadəyə veriləcək
Bu məsələlər ciddi şəkildə təhlil edilir və müvafiq tədbirlər görülür. Yolun bizim üçün nə qədər vacib olmasını hər kəs dərk etməlidir
Bakıda iki böyük park istifadəyə veriləcək şəkil
Bakıda iki böyük park istifadəyə veriləcək

Yaxın vaxtlarda Bakı şəhərində 2 böyük parkın istifadəyə verilməsi nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Mirhəsən Həsənov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı ictimai dinləmələrdə bildirib.

"Paytaxtda parkların, yaşıllıqların olması böyük önəm kəsb edir. Son aylar bu istiqamətində ciddi işlər görülüb. Yaxın vaxtlarda 2 böyük park istifadəyə veriləcək. Bunlardan biri metronun "Gənclik" stansiyasının ətrafındadır", - deyə o qeyd edib.

Bundan başqa, BŞİH rəsmisi deyib ki, paytaxtda nəqliyyatın hərəkəti, eyni zamanda piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir sıra tədbirlərin keçirilməsi zərurəti var: "Bununla bağlı bir sıra layihələrin icrası gözlənilir. Bu məsələlər ciddi şəkildə təhlil edilir və müvafiq tədbirlər görülür. Yolun bizim üçün nə qədər vacib olmasını hər kəs dərk etməlidir".

Son xəbərlər
"Beşiktaş" argentinalı hücumçu transfer etmək istəyir
Şəmkirdə ev yanıb
Martın 18-dən Qəzzada ölənlərin sayı 506-ya çatıb
Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib
Sabah magistral yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Ayxan Abbasov Emre Belözoğlu ilə görüşdü
Azərbaycan gimnastları Antalya Dünya Kubokunda iştirak edəcəklər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq