Menyu

Ölkə ərazisində quraşdırılan enerjidoldurma məntəqələrinin sayı açıqlanıb

Ölkə ərazisində quraşdırılan enerjidoldurma məntəqələrinin sayı açıqlanıb

Son bir ildə ölkə ərazisində quraşdırılan enerjidoldurma məntəqələrinin (EDM) sayı açıqlanıb.

Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə Zəngilanda keçirilən brifinq zamanı məlumat verib.

O bildirib ki, Bakı şəhəri və ətraf ərazilərdə 22, işğaldan azad olunmuş ərazilərdə 7, digər regionlarda 15 EDM quraşdırılıb.

"Bir ədəd 60 kVt-lıq EDM məntəqəsinin Qusar şəhərində Şahdağ istirahət kompleksi yolunda quraşdırılması yekunlaşıb və program təminatına inteqrasiyası həyata keçirilir. Görülən işlər həm də alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə hədəflənib",- deyə o əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər