Menyu

Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparıb

Əsəd Abbaslı
Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparıb

Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutub.

Operativ Media xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb və komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 Erm\u0259nistan itkin d\u00fc\u015fm\u00fc\u015f \u015f\u0259xsl\u0259rin taleyinin m\u00fc\u0259yy\u0259nl\u0259\u015fdirilm\u0259si il\u0259 ba\u011fl\u0131 m\u00fczakir\u0259l\u0259r apar\u0131b"

Əlaqəli Xəbərlər