Menyu

Ötən il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə 1116 şikayət daxil olub

Əsəd Abbaslı
Ötən il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə 1116 şikayət daxil olub

Ötən il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə 1116 şikayət daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.

Bildirilib ki, bunlardan 185 (17 %) iş üzrə intizam icraatı başlanılıb, 931 (83 %) iş üzrə isə intizam icraatı başlanılmayıb. İntizam icraatı başlanılan işlər üzrə 47 (25%) şikayət və müraciət dövlət orqanlarından, 11-i (6 %) qeyri-dövlət təşkilatlarından, 127-si (69 %) isə fiziki və hüquqi şəxslərdən daxil olub.

İntizam icraatları üzrə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən 202 qərar qəbul edilib. Belə ki, 41-i (20 %) intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq, 11-sı (6 ) irad, 34-ü (17 %) töhmət, 55-i (27 %) pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və s. əsaslarla intizam icraatına xitam vermə, 32-si (16 %) qiymət verilməsinin mümkün olmaması, 12-si (6 %) vəkillik fəaliyyətinin müəyyən müddətə dayandırılması, 17-i (8 %) iş üzrə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edilmə ilə bağlı qərar çıxarılıb.

Hesabat ili ərzində Vəkillərin İntizam Komissiyasının 16 iclası keçirilib, Komissiya tərəfindən 189 intizam icraatına baxılaraq rəy qəbul edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər