Menyu

Oğuzda 8 kiloqram narkotik vasitə aşkarlanıb

Əsəd Abbaslı
Oğuzda 8 kiloqram narkotik vasitə aşkarlanıb
1 dəq oxu

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Operativ Media-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Mehdi Dadaşzadə, Xəyal Kazımzadə və Əfsun Əliyev saxlanılıb.

Onlardan 7 kiloqram marixuana və 1 kiloqram 350 qram heroin aşkar olunub.

Saxlanılan şəxslər narkotiklərin satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əlaqəli Xəbərlər