08 Fevral 2025, 23:24
İTV-nin canlı yayımına haker hücumu olub
İTV-nin rəsmi saytına və canlı yayımına haker hücumu olub.
İTV-nin canlı yayımına haker hücumu olub şəkil
İTV-nin canlı yayımına haker hücumu olub

“İTV-nin rəsmi saytına və canlı yayımına haker hücumu olub. Bu anlarda İTV-nin rəsmi saytına daxil olduqda fərqli mənzərə görsənir. Burada hansısa xarici bir saytın məlumatları yerləşdirilib”.

Operativ Media  xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, dövlətin rəsmi informasiya resurslarından biri olan kanalın hücuma məruz qalması informasiya təhlükəsizliyi sahəsində ciddi boşluqların olduğunun nümunəsidir:

“Güman etmək olar ki, kiber hücum edənlər saytın boşluqlarından və zəif qorunmasızdan istifadə ediblər.

İTV yetərincə baxımlı kanaldır, faydalı kontent istehsal edir.

Bu cür ictimai, milli informasiya resursu belə asanlıqla ələ keçirilməli deyil.

İki gün öncə kibertəhlükəsizliklə bağlı, bütün maraqlı tərəflərin, o cümlədən elə TV-lərin də nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda həm də canlı yayımın kiber müdaxilələrdən qorunması müzakirə predmeti olmuşdur. Bu sektorda ciddi boşluqların ola biləcəyi vurğulanmışdır.

Əvvəllər də bu haqda qeyd etmişdim. Hazırda AzTV-dən başqa digər yayımçılarda rəsmi saytlarıyla bağlı, canlı yayımla bağlı vəziyyət təhlükəsizlik tələblərinə yetərincə cavab vermir.
Xatırlayıram ki, o zaman İTV bu qeyd etdiklərimə münasibət açıqlayarkən hər şeyin yüksək vəziyyətdə olduğunu bildirmişdi”.

O bildirib ki, televiziyalara bu cür hücumlar həm də, yayıma kənar müdaxilə riskidir:

“İndi təsəvvür edin ki Prezident çıxış edir canlı yayımda və rəsmi sayt da sıradan çıxarılır və yayıma ayrı bir kontent təqdim edilir. Hansı ki bu tip çıxışların vaxtı da adətən öncədən bilinir.

İTV bu cür hadisələrin təkrarlanmaması üçün İT infrastrukturu dərhal gücləndirilməli, bura resurslar ayırmalı, təhlükəsizlik sistemləri yenilənməli və kibermonitorinq aparmalı, kiber audit təşkil etdirməlidir.

Dövlət informasiya resurslarının bu qədər zəif qorunması qəbuledilməzdir və təcili tədbirlər görülməlidir”.

Son xəbərlər
Gürcüstanın Baş naziri İrəvana səfər edib
Peter Siyarto Türkiyəyə səfər edəcək
Neft Daşlarında dalğanın hündürlüyü 4 metrə çatıb - FAKTİKİ HAVA
BDYP-dən sürücülərə duman və yağıntı xəbərdarlığı
ADY: Qatarlarda 100 faizə yaxın doluluq qeydə alınıb
Şoyqu: Ermənistan Aİ-yə daxil olarsa, bir çox imtiyazlarını itirəcək
Macarıstan Aİ-nin Ukrayna üzrə sammitinin yekun sənədini yenidən bloklayıb
Ərdoğan və Tramp arasında telefon danışışığı olub