Menyu

Yaşayış binasında yanğın olub, 9 nəfər təxliyə edilib

Əsəd Abbaslı
Yaşayış binasında yanğın olub, 9 nəfər təxliyə edilib

Yasamal rayonunda yaşayış binasında yanğın olub, 9 nəfər təxliyə edilib.

Bu barədə Operativ Media-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində səkkizmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan üçotaqlı mənzilin bir otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları 25kv.m. sahədə yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 9 nəfər bina sakini təxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər