Menyu

Goranboyda yük avtomobili aşıb, ölən var

Əsəd Abbaslı
Goranboyda yük avtomobili aşıb, ölən var

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Operativ Media xəbər verir ki, fevralın 8-də saat 16 radələrində rayonun Qızılhacılı kənd sakini 1995-ci il təvəllüdlü Orucov Yusif Ənvər oğlu idarə etdiyi “KamAZ” yük markalı nəqliyyat vasitəsi ilə Goranboy-Ağcakənd avtomobil yolunun Yuxarı Ağcakənd qəsəbəsinin ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi “Qaraçay” çayına aşıb, Y.Orucov aldığı bədən xəsarətlərindən ölüb.

Faktla bağlı Goranboy RPŞ-nin İB-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər