
Bakıda yol-nəqliyyat hadisəsi baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Yol qəzası Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qeydə alınıb. Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.
Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.
13:01
Qeyri-pik saatda texniki nasaz avtomobilin yolda qalması nəqliyyat sıxlığına səbəb olub.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata əsasən, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında texniki nasaz avtomobil yolda qalıb.
Bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.
Hazırda avtomobilin yoldan götürülməsi və sıxlığın aradan qaldırılması işləri görülür.