Son 5 ildə 158 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkarlanıb
Azərbaycanda son 5 ildə 158 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkarlanıb.
Operativ Media-nın xəbərinə görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə (2024-cü il üzrə) əksini tapıb.
Qeyd edilib ki, daxil olmuş müraciətlərin intensivliyi, xarakteri və bələdiyyələr barədə məlumatların təhlilinin nəticələri nəzərə alınaraq son 5 il ərzində 158 bələdiyyənin (2020-ci ildə - 23; 2021-ci ildə - 27; 2022-ci ildə - 27; 2023-cü ildə - 30 və 2024-cü ildə - 51) fəaliyyətində cinayət əlamətləri aşkar edildiyindən toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net