13 Fevral 2025, 18:03
Samir Həziyev ADY-nin Yük daşımaları departamentinə rəhbər təyin olunub
Samir Həziyev ADY-nin Yük daşımaları departamentinə rəhbər təyin olunub.
Samir Həziyev ADY-nin Yük daşımaları departamentinə rəhbər təyin olunub şəkil
Samir Həziyev ADY-nin Yük daşımaları departamentinə rəhbər təyin olunub

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kadr dəyişikliyi olub.

Operativ Media xəbər verir ki, ADY-nin Yük daşımaları departamentinə rəhbərlik Samir Həziyevə həvalə olunub.

Samir Həziyev 1982-ci ildə anadan olub. 2000–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavriat və magistratura pillələrini bitirib, daha sonra Dünya Bankının təqaüd proqramını qazanaraq ABŞ-nin Kolumbiya Universitetinin dövlət idarəçiliyi üzrə magistratura pilləsində təhsil alıb.

Əmək fəaliyyətinə 2004-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankında iqtisadçı kimi başlayıb, sonra Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2018-ci ildə ADY-də fəaliyyətə başlayıb. 2021-ci ildən İnfrastruktur departamentinin rəis müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Yük daşımaları departamentinin rəisi Emil Əhmədov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb.

Emil Əhmədov ADY-də 2016-cı ildə fəaliyyətə başlayıb, bir çox uğurlu layihələrin həyata keçirilməsinə və qurumun inkişafına böyük töhfə verib.

Son xəbərlər
Zaxarova: Makron nüvə silahı ilə manipulyasiya edir
Yaponiya Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayır
Ramazan ayının 19-cu gününün duası - İmsak və iftar vaxtı
Tacikistan Azərbaycanla Ermənistan arasında danışıqlar mətninin yekunlaşmasını alqışlayır
Putin və Tramp arasında telefon danışığı baş tutub - YENİLƏNİB
ABL: "Ordu" "Lənkəran"ı məğlub etdi
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Azərbaycan və Braziliyanın parlamentlərarası əlaqələr üzrə işçi qruplarının onlayn görüşü keçirilib