Menyu

İmişlidə qəza olub, xəsarət alan var

Əsəd Abbaslı
İmişlidə qəza olub, xəsarət alan var
1 dəq oxu

İmişlidə iki minik avtomobili toqquşub.

Operativ Media xəbər verir ki, hadisə Qaralar kəndində qeydə alınıb.

Qəzada “Niva” markalı avtomobillə “Mercedes” markalı minik maşını toqquşub. 

Zərbənin gücündən “Niva” aşıb. Hadisə nəticəsində xəsarət alan Röyal Hüseynov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər