ADY ucqar kəndlərə kitabların daşınmasına dəstək verib
Nərmin Qocamanlı
ADY 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə ucqar kəndlərə kitabların daşınmasına dəstək verib.
Operativ Media xəbər verir ki, bu barədə ADY-nin "Facebook" hesabında paylaşım edilib
Belə ki, Bakı-Balakən qatarı ilə səfər edən “Kitablarla İnkişaf Edək” komandası 14 fevralda Balakənin Qazma kəndində məktəblilərlə görüşüb, onlara yeni kitablar hədiyyə edib. Layihə iştirakçıları 15 fevralda isə Qax rayonunun Qaratala kəndində məktəblilərlə görüşəcək.