Menyu

Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
1 dəq oxu

Fevralın 14-ü saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, İmişli, Hacıqabul, Sabirabad, Beyləqan, Salyan, Neftçala, Şuşa, Füzulidə yağış, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Daşkəsən, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Sədərək, Göygöl, Lerik, Şirvan, Yardımlıda qar yağır.

Pirallahı, Naxçıvan, Culfa, Yevlax, Sabirabad, Neftçala, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 9 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.

Əlaqəli Xəbərlər