Menyu

Bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

Əsəd Abbaslı
Bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır.

Operativ Media xəbər verir ki, bu barədə AYNA-dan məlumat verilib.

AYNA Bakı-Mingəçevir, Bakı-Balakən, Bakı-Tərtər, Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Siyəzən, Bakı-Ağdaş, Bakı-İmişli, Bakı-Sabirabad, Sumqayıt-Masallı, Gəncə-Bərdə, Gəncə-İsmayıllı, Bərdə-Gəncə, Mingəçevir-Şəki, Mingəçevir-Balakən, Balakən-Gərəkli kəndi, Şəki-Gəncə şəhərlərarası, eləcə də paytaxtın 45 nömrəli şəhərdaxili, 105 və 216 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.
 
Sənədlər 15 mart 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
 
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
 
Daha ətraflı linkdə: https://ayna.gov.az/az/news/daha-bir-nece-muntezem-avtobus-marsrutu-musabiqeye-cixarilir-675

Teqlər:

"Bir ne\u00e7\u0259 avtobus mar\u015frutu m\u00fcsabiq\u0259y\u0259 \u00e7\u0131xar\u0131l\u0131r"

Əlaqəli Xəbərlər